İqtisadiyyat naziri səfirlə görüşüb

İqtisadiyyat naziri Şahin Mustafayev Qazaxıstan Respubklikasının Azərbaycan Respublikasındakı səfiri Beybit İsabayevlə görüşüb.

Görüşdə dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan və Qazaxıstan arasında siyasi-iqtisadi əlaqələrın uğurla inkişaf etdiyi, yüksək səviyyəli siyasi münasibətlərin və qarşılıqlı səfərlərin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında mühüm əhəmiyyəti vurğulanıb.

Görüş zamanı iqtisadi-ticarət, sənaye, nəqliyyat-tranzit, kənd təsərrüfatı, turizm və s. sahələrdə əlaqələrin daha da genişləndirilməsi imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır