BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının və “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasına dəstək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə İnnovasiya Müsabiqəsi elan edir.
Müsabiqəyə iqtisadi, sosial, ekoloji sahələri əhatə edən və innovativ ideyaları əks etdirən layihələr qəbul olunur.
Müsabiqə haqqında daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.