İqtisadiyyat Nazirliyi müsabiqə elan edir

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkarların və menecerlərin 2018-ci ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirakı məqsədilə müsabiqə elan edir.

Proqramın məqsədi Azərbaycanın sahibkarlıq subyektləri nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkarlıq səviyyəsinin yüksəlməsinə şərait yaratmaqdır.

Qeyd edək ki, ixtisas artırma kursu haqqında ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır