İqtisadiyyat Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar müsabiqə elan edir

İqtisadiyyat Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər arasında elmi məqalə müsabiqəsi elan edir.

Müsabiqəyə təqdim ediləcək materiallar aşağıdakı mövzuda olmalıdır:

“Dünya ticarət sistemi və Azərbaycan: mövcud vəziyyət və inkişaf perspektivləri”.

Müsabiqədə hazırda orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə təqdim ediləcək məqalələr 6 səhifədən az olmamalı (A4, Arial formatı, 12 yazı ölçüsü və 1,5 sətir aralığı), Azərbaycan və ingilis dillərinin birində təqdim edilməlidir.

Məqalələr 2019-cu ilin 30 aprel tarixinədək müəllifin şəxsiyyət vəsiqəsinin və müvafiq təhsil müəssisəsində təhsil almasına dair sənədinin elektron surəti ilə birlikdə elmar.haciyev@economy.gov.az ünvanına təqdim edilməlidir.

Daha ətraflı məlumat almaq üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır