İqtisadiyyat Nazirliyi Xaçmazda konfrans keçirib

Mayın 2-də Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat Nazirliyinin və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, biznes inkubator iştirakçılarının və sahibkarların iştirakı ilə “Kənd yerləri və regional inkişafa dəstək proqramının Azərbaycan Respublikasında icrasına texniki yardım layihəsi”nin təqdimatı keçirilib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməliyyatlar bölməsinin rəhbəri Yerun Villems bildirib ki, layihə çərçivəsində istehsal, satış, qablaşdırma, marketinq və ixracat sahələrini birləşdirən dəyər zəncirinin yaradılması yolu ilə yerli və xarici bazarlarda daha rəqabətədavamlı ola bilmələri üçün kiçik fermerlərə yardım göstəriləcək.

Tədbirdə həmçinin, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, marketinqi, ixracının genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır