İqtisadiyyat Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə və 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş mini-futbol çempionatı başa çatıb. Mayın 13-də start verilən turnirdə İqtisadiyyat Nazirliyi qurumlarının 14 komandası iştirak edib.
İyunun 3-də keçirilən final görüşündə “Təmiz Şəhər” ASC “Azərlotereya” ASC komandasını məğlub edərək qalib olub. Çempionatın qalibi “Təmiz Şəhər” ASC komandasına kubok və pul mükafatı , çempionatda ilk dörd yeri tutan komandalar və ayrı-ayrı nominasiyalar üzrə fərqlənən idmançılara isə fəxri fərman, pul mükafatı və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin qurumları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə və Milli Qurtuluş Gününə həsr olunan mini-futbol turniri 2009-cu ildən etibarən ənənəvi olaraq hər il təşkil olunur.