2017-ci il iyulun 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,7 % azalaraq milli valyuta ekvivalentində 13882 milyon manat təşkil edib.
Ümumi kredit portfelinin 11025,5 milyon manatı və ya 79,4 %-i uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 27,8 %-i dövlət, 69,3 %-i qeyri-dövlət bankları, 2,9 %-i isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçən kreditlərin məbləği ümumi kredit portfelinin 13 %-ni təşkil edib.