İqtisadiyyata kredit qoyuluşları azalıb

2018-ci ilin fevral ayının göstəricilərinə əsasən, Azərbaycanda iqtisadiyyata kredit qoyuluşları 11561.1 mln. manat təşkil edib.

BBN.az AMB-nin məlumatına əsasən xəbər verir ki, bu göstərici yanvar ayı ilə müqayisədə 95 mln. manat və ya 0.82% azalıb.

Qeyd edək ki, 2017-cı ilin müvafiq dövrü ilə müqayisə etsək, göstəricilərin 4317.5 mln. manat və ya 27.2% azaldığını müşahidə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır