2017-ci ilin mart ayında Azərbaycanda iqtisadiyyata kredit qoyuluşları 14940.7 mln. manat təşkil edib. Bu haqda Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il mart ayının sonuna olan Statistik Bülletenində məlumat verilib.
Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verilir ki, beləliklə, martda iqtisadiyyata kredit qoyuluşu 2,6 % və ya 396.1 mln manat azalıb.
Qeyd edə ki, ötən ilin analoji dövrü ilə müqayisədə isə iqtisadiyyatın kreditləşməsi 21% və ya 3 803.8 mln manat az olub.