İqtisadiyyatda işləyənlərin sayı açıqlanıb

2017-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1520,2 min nəfər olub, onlardan 887,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda,      632,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,0 %-i təhsil, 19,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,7 %-i tikinti, 4,7 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,5 %-i peşə, elmi və texniki fəaliyyət, 3,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 %-i maliyyə və sığorta fəaliyyəti, 10,9 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır