5-6 iyul 2017-ci il tarixlərində İran İslam Respublikasının Qərbi Azərbaycan əyalətinin Kooperasiya Palatasının ticarət və marketinq üzrə nümayəndə heyəti sözügedən palatanın sədri cənab Mahmudrza Şərifixahın rəhbərliyi ilə ölkəmizin sahibkarları və şirkət rəhbərləri ilə görüşlər keçirmək məqsədilə Azərbaycana səfər edəcək.
Səfər çərçivəsində 2017-ci ilin 06 iyul tarixində saat 11: 00–da Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) inzibati binasında hər iki ölkənin iş adamlarının iştirakı ilə işgüzar görüş keçiriləcək.