22-24 fevral 2017-ci il tarixlərində Azərbaycan Respublikasının iqtisadiyyat naziri cənab Şahin Mustafayevin rəhbərliyi ilə biznes nümayəndə heyətinin İran İslam Respublikasının Ərdəbil və Urmiya şəhərlərinə işgüzar səfəri planlaşdırılır. Səfər çərçivəsində Ərdəbil və Urmiya şəhərlərində İran iş adamları ilə biznes əlaqələrinin genişləndirilməsi məqsədilə biznes forumun və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
İrana səfərdə iştirak etməkdə maraqlı olan sahibkarlardan aşağıdakı əlaqə vasitələrindən istifadə edərək AZPROMO-ya məlumat vermələri xahiş olunur:
Tel.: 012 5980147/48 (daxili: 119;123;108)
E-poçt: govchuyev@azpromo.az