İran neft istehsalını artıracaq

İranın Neft Naziri Bijan Zangane OPEC-in iyun ayında neft istehsalı azaltmalarını 2019-cu ildə azaltmaq qərarı ala biləcəklərini deyib.

“Wall Street Journal”a bu barədə müsahibə verən nazir ABŞ-da neft istehsalında yaşanan artıma qarşı İranın da OPEC-dən neft qiymətlərini barel başına 60 dollar civarında saxlamaq üçün çalışmalarını istədiyini deyib. B.Zangane İranın da yavaş-yavaş neft istehsalını artırmağa başlayacağını bildirib.

Qeyd edək ki, OPEC üzvləri və Rusiya neft qiymətlərinin aşağı düşməsi səbəbi ilə neft istehsalını azaltma qərarı almışdı. Bu qərar OPEC-in iyun ayında keçiriləcək iclasında yenidən müzakirə ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır