İran, OPEC-in neft hasilatını daha da azalda biləcəyi ilə bağlı açıqlama verib. Belə ki, İranın neft naziri Bijan Namdar dövlət radiosunda “OPEC ölkələri ilə qərar vermək üçün danışıqlar aparırıq” deyə bildirib.
Qeyd edək ki, ABŞ OPEC-in proqnozlarını aşaraq günlük neft hasilatını 900 min barelə çatdırıb. Hasilatın artması isə qiymətlərin düşməsinə səbəb olub.