İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir

İran prezidenti Həsən Ruhani Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyini dilə gətirib.

Ruhani bu haqda Qazaxıstana rəsmi səfəri zamanı bildirib.

Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevlə görüş keçirən Həsən Ruhani Qazaxıstanın beynəlxalq əlaqələrdə İrana verdiyi dəstək üçün təşəkkür edib. Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyində də Nazarbayevin dəstək olacağını ümid etdiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır