İran və Avrasiya İqtisadi Birliyi arasında azad ticarət müqaviləsi müzakirə olunur

Anti-İran sanksiyalarının aradan qaldırılması əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratmışdır.

“İran və Avrasiya İqtisadi Birliyi arasında azad ticarət zonasının yaradılması ikili əlaqələrin inkişafında hərəkətverici qüvvə olacaq”-deyə, Rusiyanın Xarici İşlər Nazirliyinin Asiya departamentinin rəhbəri Zamir Kabulov bildirib.

Onun sözlərinə görə artıq müqavilənin parametrləri ilə bağlı danışıqlar gedir: “Avrasiya İqtisadi Komissiyası artıq fıstıq, kişmiş, xurma da daxil olmaqla bir çox kənd təsərrüfatı məhsullarının idxal vergilərinin azaldılması tədbirlərinə başlamışdır”-deyə, Kabulov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır