Recep Tayyip Erdoğanın qarşılıqlı ticarətdə milli valyutadan istifadə olunması ilə bağlı təklifi Rusiya və İran üçün də ilham mənbəyi olub. Belə ki, iki ölkə öz aralarında milli valyutadan istifadəylə bağlı razılıq əldə ediblər.
İranın Kommunkasiya və İnformasiya Texnologiyaları naziri Mahmud Vaizi iki ölkə arasında enerji sektoru başda olmaqla 10 müqavilənin imzalandığını və ticarətdəki əngəllərin qarşısını almaq üçün hər iki ölkəyə məxsus olan bankların İran və Rusiyada qarşılıqlı olaraq filiallarının açılmasının qərarlaşdırıldığını bildirib.
Vaizi eyni zamanda: “İran və Rusiya qarşılıqlı ticarətdə riyal və rublun istifadə olunması ilə bağlı razılığa gəlib. Yaxın zamanlarda hər iki ölkənin mərkəzi bankları görüşərək bu məsələlərin müzakirəsini həyata keçirəcək”-deyib.