İrandakı hadisələr ölkə iqtisadiyyatına böyük zərər vurub

İrandakı hadisələr başlamamışdan əvvəl yüksələn Tehran birjası, hadisələrin başlamasıyla son 1 ilin ən sərt enişini yaşayıb.

İranın “İqtisadiyyat Dünyası” qəzetinin məlumatına görə, Tehran birjası son 1 həftədə 2%-lik itki ilə 2016-cı il iyundan bəri ən sərt enişi edib.  Məlumatda, həmçinin, qeyd edilib ki, Tehran birjası son 6 ay ərzində 20% yüksəlib.Lakin son hadisələrdən sonra yaşanan itkinin qarşısının alınması üçün bir çox investor dəstək anlamında “fədakarlıq” göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır