İraq İngiltərədən 12 milyard dollar kredit almaq üçün müqavilə imzalayıb.
İraqın Maliyyə naziri vəzifəsini icra edən Abdurrezzak İsa ilə İngiltərənin səfiri Frank Baker arasında Bağdadda müqavilə imzalanıb.
Qeyd edək ki, İsa verdiyi açıqlamada beynəlxalq özəl şirkətlərlə razılıq əldə edərək investisiya layihələrini həyata keçirməyi planlaşdırdıqlarını deyib.