Kataloniyanın iri banklarından biri olan “Sabadell”in İspaniyanın Alikante şəhərinə köçürüləcəyi təsdiqlənib. BBN.az Reuters agentliyinə istinadən xəbər verir ki , bu barədə oktyabr ayının 5-də qərar verilib.
Həmçinin sözügedən bankın rəqibi olan Caixabank-ın mərkəz ofisinin də bölgədəki vəziyyətlə bağlı olaraq Kataloniyadan köçürülməsi planlaşdırlır. Bununla əlaqədar 6 oktyabr tarixində bankın İdarə Heyəti toplanacaq və mərkəz ofisin köçürülməsi məsələsi müzakirə olunacaq.
Qeyd edək ki, “Caixabank” İspaniyanın üçüncü böyük bankı və bazar dəyərinə görə Kataloniyanın ən iri şirkətidir.