İcbari Sığorta Bürosu (İSB) icbari sığorta müqaviləsi əldə edərkən avtomobil sahiblərinə müraciət edib.
BBN.az xəbər verir ki, İSB avtomobil sahiblərinin riayət etməli olduqları aşağıdakı tövsiyələri diqqətə çatdırıb.
1. İcbari sığorta müqaviləniz üzrə ödəməli olduğunuz sığorta haqqının məbləğini öyrənmək üçün hesabla.isb.az elektron xidmətindən istifadə edin.
2. İcbari sığorta müqaviləsini əldə edərkən dələduz “vasitəçilərin” toruna düşməyin. Sığorta şirkətinizdən və ya vasitəçinizdən icbari sığorta müqavilənizə dair sistemdən çıxarışı tələb edin.
3. Sığorta haqqının ödənilməsi məqsədilə heç kimə əlbəəl pul verməyin. Sığorta haqqını İnternet və ya ödəniş terminalları vasitəsilə özünüz ödəyin, belə etməklə ödəniş prosesinə özünüz nəzarət etmiş olacaqsınız.
4. Yalnız lisenziyalı sığorta vasitəçiləri ilə əməkdaşlıq edin.
Qeyd edək ki, müraciət haqqında ətraflı məlumat keçiddə yerləşdirilib.