İcbari Sığorta Bürosu tərəfindən 9 aprel 2014-cü il tarixdə, Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonu, Çaylı kəndi ərazisindən keçən 483-cü kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ailə üzvünün ölümü ilə əlaqədar 5 000AZN (beş min manat), digər üzvlərin ağır və yüngül dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar isə ümumilikdə 7 250 AZN ( yeddi min iki yüz əlli manat) məbləğində kompensasiya ödənişi Azərbaycan Respublikasının vətəndaşına poçt vasitəsi ilə 11 noyabr 2016-cı il tarixində köçürülüb.