İcbari Sığorta Bürosu tərəfindən 26 dekabr 2015-ci il tarixdə, Cəlilabad rayonu Bayxanlı-Qarazəncir yolunda Cəlilabad şəhəri istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfərin 2-cü qrup əlilliyə səbəb olmuş az ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar, 3000 AZN ( üç min manat) məbləğində kompensasiya ödənişi Azərbaycan Respublikasının vətəndaşına poçt vasitəsi ilə 29 noyabr 2016-cı il tarixində köçürülüb.