İşğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətə başlanılıb

İqtisadiyyat Nazirliyi tərəfindən mərkəzi ofisi Londonda yerləşən “Grand Thronton” beynəlxalq şirkətinin törəmə şirkəti olan “Grand Thronton Ermənistan”ın Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyəti, biznesin təşviqinə dair müəyyən nəşrlər hazırlaması və həmin şirkətin Ermənistanın Hayastan Fondu ilə əlaqələrinin müəyyən edilməsi barədə araşdırma aparılıb. Belə ki, araşdırmalar zamanı “Grand Thronton Ermənistan” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın Hayastan Fondunun həyata keçirdiyi layihələrinin əsas hissəsinin 2015-ci il üzrə auditini aparması barədə məlumatlar əldə edilib. Məsələnin araşdırılaraq İqtisadiyyat Nazirliyinə məlumat verilməsi diqqətə çatdırılıb.
Şirkətin mərkəzi ofisindən “Grand Thronton Ermənistan”a ünvanlanmış məktubla Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətin yolverilməz olduğu və bununla bağlı Azərbaycan tərəfinin sərt reaksiyası Ermənistan şirkətinə çatdırılıb, bütün üzv şirkətlərin məcburi xarakter daşıyan tələblərə əməl etməli olduqlarına, əks halda şəbəkədən çıxarılacaqlarına dair xəbərdarlıq edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır