Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlərinin iclasında Yusif el-Useymin təşkilatın 11-ci baş katibi seçilib. Haber7-nin məlumatına əsasən, bu haqda İƏT-in açıqlamasında qeyd olunub.
Açıqlamaya əsasən, Safa sarayında həyata keçirilən iclasda səhiyyə problemləri olan keçmiş baş katib İyad Medeninin istefa verməsi nəticəsində Yusif el-Useymin bu vəzifəyə təyin olunub.