İslam maliyyə bazarından qızıl investisiyalarına icazə!

İslam maliyyə bazarında ilk dəfə qızılın investisiya aləti kimi istifadə olunmasına qərar verilib.

Faizi qadağan edən dini inanclara əsaslanan sektorda islam üzrə qayda-qanunların müəyyənləşdirilməsindən sonra sözügedən əməliyyatların icazəsinin alındığı bildirilib.

Bloombergin məlumatına əsasən, 19 noyabr tarixindən etibarən 1,88 trilyon dollarlıq bazarda qızılın istifadəsinə başlanılıb.

İslami Maliyyə Təşkilatları Mühasibat və Nəzarət orqanının Dünya Qızıl Şurası ilə birlikdə müəyyənləşdirdiyi qanunlar yüzlərlə ton qızıla olan tələbi təşviq edəcək.

Dünya Qızıl Şurasının rəhbəri Aram Şişmanyan bu yeniliyin həm islam investorları, həm də qızıl bazarı üçün dönüş nöqtəsi olacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır