İsland hava yolu şirkəti müflis olub

İslandiyanın aşağıbüdcəli hava yolu şirkəti olan “WOW Air” ötən həftə bütün fəaliyyətlərini dayandırdığını və bütün uçuşları təxirə saldığını açıqlayıb.

2011-ci ildə təsis edilən aviaşirkətin bağlanması 1000-dən çox işçinin iş yerini itirməsinə səbəb olacaq. Bundan əlavə, bu hadisə İslandiya iqtisadiyyatına da kəskin mənfi təsir göstərəcək. Belə ki, statistikaya görə İslandiyaya turizm məqsədli səfər edənlərin 40%-ə yaxını sözügedən şirkətin xidmətlərindən yararlanırlar. Ötən il bu göstərici 3.5 milyon nəfər olub.

Uçuş reysləri təxirə salınan müştərilərin şirkət tərəfindən hansı yolla kompensasiya ediləcəyi isə hələ ki naməlumdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır