İslandiyada qanunverici orqan tərəfindən ölkənin 300 milyard kronalıq (2.5 milyard dollar) suveren rifah fondu yaratmağı təklif edib. Ölkə iqtisadiyyatının son dövrlərdəki sürətli inkişafı, həmçinin ölkədə turizm partlayışının baş verməsi bu qərarın əsas səbəblərindəndir.
Fond ada ölkəni iqtisadiyyatda baş verə biləcək proqnozlaşdırılmamış krizislərdən qorumaqla yanaşı, iqtisadiyyatın stabil dövrlərində xarici səhmlərə, istiqrazlara yatırım etməklə ölkəyə uzunmüddətli valyuta axınını təmin edəcək.