İsmayıllıda işgüzar forum keçirilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu fevralın 28-də İsmayıllı rayonunun Qalınçaq kəndində işgüzar forum  keçirib.

BBN.az xəbər verri ki, işgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən İsmayıllı rayonunun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq, tərəvəzçilik, arıçılıq və intensiv bağçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və otelin yaradılması, startap və kənd turizmi üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə İsmayıllı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 220 min manat güzəştli kredit verilib. Güzəştli kreditlər heyvandarlıq, taxılçılıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək.

Qeyd edək ki, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək İsmayıllı rayonunda 500-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 22,8 milyon manat güzəştli kredit ayrılıb.Vurğulanıb ki, əlverişli təbii coğrafi şəraitə, zəngin təbiətə malik olan ölkəmizdə turizmin inkişafı üçün böyük imkanlar mövcuddur. Bununla bağlı “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib və konkret hədəflər müəyyən olunub. Belə sahələrdən biri də müalicə turizmidir ki, hazırda  İsmayıllı rayonunda 114 otaqlı beynəlxalq tələblərə uyğun müalicə-sağlamlıq kompleksi yaradılır.

Tədbir çərçivəsində dövlətin güzəştli krediti ayrılmış müalicə-sağlamlıq kompleksində, 300 başlıq cins heyvandarlıq təsərrüfatında aparılan işlərə və 602 hektar ərazidə aqroparka baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır