Vergilər Nazirliyində İsrail səfiri ilə görüş keçirilib

Mayın 31-də vergilər naziri Mikayıl Cabbarov İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Dan Stav və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Görüşdə cari ilin may ayında İsraildə keçirilmiş “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya”nın ilk iclasında müzakirə edilmiş məsələlər, ölkələr arasında ticari-iqtisadi əlaqələrin inkişafı, kənd təsərrüfatı, yüksək texnologiyalar, alternativ enerji və təhsil sferalarında əməkdaşlıq, İsrailin işgüzar dairələrinin və sərmayəçilərinin ölkəmizin sosial-iqtisadi inkişaf layihələrində iştirakı barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan və İsrail arasında vergitutma sahəsində əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır