İşsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılır

“İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi müzakirə olunub. Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihə haqqında məlumat verən Hadı Rəcəbli bildirib ki, qanun layihəsi uzun müddətdir ki, Prezident Administrasiyası ilə birgə hazırlanır və işsizliyin qarşısını almağa yönəlib.

Qeyd edək ki, layihə 4 fəsil, 26 maddədən ibarətdir. İşsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması və bu fondun maliyyələşməsi ilə bağlı detallar layihədə öz əksini tapıb.

Mənbə: Apa.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır