19 üzvü olan Avrozonada yanvar ayında 8.6% olan mövsimilikdən təmizlənmiş işsizlik səviyyəsi fevralda 8.5%-ə enib. Bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) məlumat yayıb.
BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 üzvlü Avropa İttifaqında işsizlik göstəricisi 7.2% -dən 7.1% -ə enib.
Avropa İttifaqında isə işsizlik 2008-ci ilin sentyabrından etibarən ən aşağı səviyyədə olub. Belə ki, Aİ-də fevral ayında 201 min, Avrozonada 141 min azalan işsizlik göstəricisi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə Aİ-də 1 mln.968 min, Avrozonada isə 1 mln. 436 min azalıb.
Qeyd edək ki, bölgədə işsizlik göstəricisi Estoniya istisna olmaqla digər bütün ölkələrdə aşağı səviyyədə olub.