Almaniyada işsizlik göstəricisi rekord həddə enib

Mart ayında Almaniyada işsizlik göstəricisi   5.3 % səviyyəsinə geriləyərək rekord həddə çatıb.

BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsümi olaraq işsizlərin sayı  19 min azalaraq 2.373 milyona enib.

Qeyd edək ki, gələn həftə Avrozonada işsizlik göstəricisi ilə bağlı məlumat açıqlanacaq. Bölgədəki işsizlik göstəricisinin 8.5% səviyyəsinədək enməsi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır