Post-neft dövrü yeni imkanlar dövrü olmalıdır

24 noyabr tarixində Azərbaycan Banklar Assosiasiyası tərəfindən keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı İlk Bankçılıq Forumu öz işinə başlayıb.

“Böyük səviyyədə neft gəlirləri ölkələrin makroiqtisadi sabitliyi üçün problemlər yaradır. Dövət Neft Fondunun yaradılmasındakı əsas məqsəd makroiqtisadi sabitliyi tmin etməkdir. Neft sektoru müəyyən dövrlərdə  40-50% ÜDM-ə öz töhfəsini verib, lakin işçi qüvvəsinin 1%-ni təmin edib. Bunun üçün qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması vacibdir. Post-neft dövrü yeni imkanlar dövrü olmalıdır” .

Bu haqda 24 noyabr tarixində Azərbaycan Banklar Assosiasiyası tərəfindən keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər adlı İlk Bankçılıq Forumunda Dövlət Neft Fondunun iraçı direktoru Şahmar Mövsümov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır