İstehlak kreditlərinin həcmi azalıb

Bu ilin noyabr ayının əvvəlində istehlak kreditlərinin həcmi 5.9 milyard manat təşkil edib ki, bu göstərici ötən ayla müqaisədə 286,4 milyon  manat və ya  4,6% azalıb.

Bu barədə Mərkəzi Bankın Statistik Bülletenində məlumat verilib.

Xatırladaq ki, ilin əvvəlində istehlak kreditlərinin həcmi 8.06 milyard manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır