2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4 % artıb.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ərzaq məhsullarının qiymətləri 17,1 % qeyri-ərzaq mallarının qiymətləri 12,1 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6% bahalaşıb.
Qeyd edək ki, cari ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 %, o cümlədən ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri 0,3% bahalaşıb əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.