Yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri bahalaşıb

2018-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4.7 %, o cümlədən ərzaq məhsullarının qiymətləri 5.8%, qeyri-ərzaq mallarının qiymətləri 4.7 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3.3% bahalaşıb.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0.2 % ucuzlaşıb.

Qeyd edək ki,  ərzaq məhsullarının qiymətləri 0.4 %, qeyri-ərzaq mallarının qiymətləri 0.1% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0.1 % ucuzlaşıb.

Ətraflı məlumat üçün keçidə daxil olun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır