2018-ci ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin yanvar ayına nisbətən 5.5 %, o cümlədən ərzaq məhsullarının qiymətləri 6.9 % , qeyri-ərzaq mallarının qiymətləri 5.1 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3.9% bahalaşıb.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar ayında 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 0.5%, qeyri-ərzaq mallarının qiymətləri 0.2 % artıb. Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0.8% ucuzlaşıb.
Qeyd edək ki, nəticədə istehlak məhsullarının və xidmətlərin ümumi indeksi 100 % səviyyəsində olub.