Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi mütəmadi olaraq sahibkarlar üçün “Açıq qapı” günü təşkil edir.
Mənşə sertifikatlarının alınması və ixrac prosedurları ilə bağlı növbəti “Açıq qapı” günü 28.09.2017-ci il tarixində saat 11:00-dan 15:00-dək Gəncə-Qazax, Şəki-Zaqatala və Aran regional bölməsi üzrə Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində, Abşeron və Lənkəran regional bölmələri üzrə isə 29.09.2017-ci il tarixində Mərkəzin Bakı şəhəri, Xəqani küçəsi 82 ünvanında yerləşən inzibati binasında təşkil ediləcək.
Qeyd edək ki, bundan əvvəl “Açıq qapı” günü Mərkəzin Quba-Xaçmaz regional bölməsi üzrə sentyabrın 26-da İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilib.