İstehlak Mallarının Ekspertizası Mərkəzi “Açıq qapı” keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlət başçısının müəyyən etdiyi vəzifə və tapşırıqların ixracatçılara çatdırılması, onların bu istiqamətdə maarifləndirilməsi, ixrac zamanı tətbiq olunan güzəştlər barədə məlumatlandırılması məqsədilə İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən təşkil edilən “Açıq qapı” günləri çərçivəsində iqtisadi regionlar üzrə seminar və dəyirmi masalar təşkil olunur.

Aprelin 25-də İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ixracatçı şirkətlərin nümayəndələrinin iştirakı ilə “Mənşə ekspertizalarının keçirilməsi qaydaları və ixrac zamanı güzəştlərin tətbiqi” mövzusunda seminar keçirilib.Seminarda İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru Fazil Məmmədov sahibkarlara və ixracatçılara göstərilən dövlət dəstəyi tədbirlərindən danışıb, sahibkarların qarşılaşdıqları məsələlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi üçün İstehlak Mallarının Ekspertizası Mərkəzində görülən işlər barədə məlumat verib.
Ekspertiza şöbəsinin müdiri Elçin Məlikov mənşə ekspertizalarının aparılması qaydalarını, ixracatçılara tətbiq edilən güzəştlər, Regional bölmələrlə və laboratoriyalarla iş şöbəsinin müdiri Elşad Həsənov isə regional bölmələrdı fəaliyyət göstərən laboratoriyaların xidmətləri barədə məlumat verib.
Sonra sahibkarları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır