İstehlak Mallarının Ekspertizası Mərkəzində “Açıq Qapı” günləri elan edilib

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, sahibkarlara dəstək məqsədilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi üçün “Açıq Qapı” günləri təşkil ediləcək.

“Açıq qapı” İstehlak Mallarının Ekspertizası Mərkəzinin və onun regional bölmələrinin inzibati binalarında hər həftənin 3-cü günü saat 10:00-dan 17:00-dək, Abşeron və Lənkəran regional bölmələri üzrə Mərkəzin inzibati binasında hər ayın son 5-ci günü, Quba-Xaçmaz regional bölməsi üzrə Xaçmaz şəhərində yerləşən İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində hər ayın son 2-ci günü, Gəncə-Qazax, Aran və Şəki-Zaqatala regional bölmələri üzrə Yevlax şəhərində yerləşən İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzində hər ayın son 4-cü günü saat 11:00-dan 15:00-dək baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır