Yanvarın 13-də Ağdaşda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda 2017-ci ilin ilk Konfransı keçirilib.
Aidiyyəti dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının qorunmasında maarifləndirmənin, təbliğat-təşviqat işlərinin əhəmiyyətindən danışıb, Xidmətin həyata keçirdiyi maarifləndirmə tədbirləri barədə məlumat verib.