İstehlakçı hüquqlarına dair konfrans keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə avqustun 25-də növbəti maarifləndirici Konfrans Tovuzda keçirilib.

“Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda 100-dən çox istehlakçının iştirakı ilə keçirilən Konfransda istehlakçı hüquqlarının qorunması sahəsində qanunvericilik, hər bir istehlakçının bilməli olduğu aktual məsələlər barədə məlumat verilib, Dövlət Xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır