“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 171 566 istehlakçıya xidmət edib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci ilin doqquz ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba, Mingəçevir, həmçinin Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 171 566 müraciət daxil olub.

BBN.az xəbər verir ki, bu müraciətlərin icrası tam təmin edilib.

Qeyd edək ki, istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır