Hindistanda fəaliyyət göstərən avtomobil istehsalçıları hökumətdən hibrid avtomobillərin satışı üçün tətbiq olunan vergiləri azaltmağı xahiş edib. Onlar hökumətin bu sahə üçün nəzərdə tutduğu vergi dərəcəsinin ekoloji baxımdan əlverişli avtomobil sənayesinə ciddi ziyan vura biləcəyindən ehtiyatlandıqlarını bildirib. Hindistan hökuməti məsələ ilə bağlı iyul ayının 1-dən qüvvəyə minəcək unifikasiya olunmuş vergi rejiminin hibrid nəqliyyat vasitələrinin satışına da tətbiq ediləcəyini və 43 % dərəcəsi ilə vergi tutulacağını bildirib.
Qeyd edək ki, Hazırda hibrid avtomobillərin satışına vergi 29 % dərəcə ilə tətbiq olunur. Analitiklərin qeyd edib ki, avtomobil sənayesinin “Suzuki”, “Mahindra” və “Toyota” kimi şirkətləri hibrid avtomobillərin satışına tətbiq edilən verginin indiki səviyyədə saxlanılmasına nail ola biləcək.