20 sentyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu ASC – nin AZ2032008685 ISIN-li, 20 mln manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BBN.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1001,9167 AZN olub.Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21 040 250, 70 AZN təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00 AZN olub.
Qeyd edək ki, istiqrazların ödəmə tarixi 09 aprel 2041-ci ildir.