İstiqraz hərracında 27 sifariş təqdim edilib

19 sentyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104024549 ISIN-li, 15 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı  89.2430 AZN (12.1200%) və 93.0589 AZN (7.4999%) olan 27 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.7156 AZN (7.9000%), orta ölçülmüş qiyməti 92.9129 AZN (7.6697%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 69,597,200.00 yerləşdirilmiş həcmi isə 15 mln. manat olub.

İstiqrazların ödəmə tarixi – 18 sentaybr 2018-cu  ildir.

Qeyd edək ki, hərrac iştirakçıları 20 sentyabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır