20 fevral 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104002685 ISIN-li, 35 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BBN.az xəbər verir ki, hərrac zamanı 23 investor tərəfindən qiyməti intervalı 87.7784 AZN (13.9999%) və 93.0588 AZN (7.5000%) olan 37 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6301 AZN, orta ölçülmüş qiyməti 92.6980 AZN müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 165 189 900 AZN, yerləşdirilmiş həcmi isə 35 mln manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 19 fevral 2019-cu ildir.
Qeyd edək ki, Hərrac iştirakçıları 21 fevral 2018-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.