29 avqust 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105007550 ISIN-li, 5 mln. manat həcmində, 728 gün tədavül müddətli, illik 15% olan dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 80.0658 AZN (28.7946%) və 107.0103 AZN (11.0000%) olan 13 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 105.5568 AZN yəni,11.8000%, orta ölçülmüş qiyməti 106.3283 AZN yəni, 11.3735% müəyyən edilib. İstiqrazların nominal qiymətlə ümumi məbləği 21,547,200.00, yerləşdirilmiş həcmi isə 5 mln manat təşkil edib.
Qeyd edək ki, hərrac iştirakçıları 30 avqust 2017-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidir. İstiqrazların ödəmə tarixi 27 avqust 2019-cu ildir.