İstiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

30 may 2017-ci ildə Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104011546 ISIN kodlu, 364 gün tədavül müddətli, 25 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 9 investor tərəfindən 16 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 62,704,800.00 AZN təşkil edib. Sifarişlər 84.8167 AZN yəni 17.9999% və 87.3969 AZN yəni 14.4999%  qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 87.0187 AZN yəni 15.0000%, orta ölçülmüş qiyməti 87.1975 AZN yəni 14.7630%  təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 31.05.2017  tarixində həyata keçiriləcək.

Qeyd edək ki, istiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  25 000 000 AZN təşkil edib. İstiqrazların ödəmə tarixi  29.05.2018-cı  ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır